Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu gənclər hərbi xidmətə yola salınıb

Tarix:9-01-2018, 16:10

Abşeronlu gənclər hərbi xidmətə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2018-ci il yanvarın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.

Bu gün Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində baş tutan yolasalma mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, aparatın məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini F.Cəbrayılov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açaraq, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

F.Cəbrayılov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini xüsusi vurğulayaraq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan cənab İlham Əliyevin ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifə kimi səciyyələndirib.

Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edən F.Cəbrayılov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında quruculuq-abadlıq işlərinin aparılması vətəndaşlarımızın vaxtilə düşmən tapdağı altında olan torpaqlarımıza qayıtmaq ümidini artırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin zabiti Ceyhun Nəbiyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. C.Nəbiyev Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Daha sonra valideyinlər, müharibə veteranları və ictimaiyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyib, onlara vətən qarşısında layiqli şəkildə borclarını yerinə yetirməyi tövsiyə ediblər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çıxışlarından sonra çağırışçı gənclər müqəddəs Qurani-Kərimin altından keçərək, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.

Şamo Əliyev

Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir

Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır

Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib

Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu

Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb

Abşeronda şəhidlərimiz anılıb, müalicə alan qazilərimizə baş çəkilib

Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib

Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi

Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir

Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı

Abşeronda istifadəyə verilən yeni uşaq bağçasının bütün əməkdaşları şəhid və qazi ailələrinin üzvləridir

Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur