"VİMAY-MED" Tibb Mərkəzi 15 ildən artıqdır ki, xalqımızın xidmətindədir. Aksiyada Tibb Mərkəzinin yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı, xaricdə təhsil almış, işləmiş həkimləridə iştirak ediblər. "VİMAY-MED" Tibb Mərkəzindən Absheronxeber.az-a bildirilib ki, həkim kollektivimizin məqsədi hər zaman xalqımıza yüksək xidmət göstərmək və bizə müraciət edən hər bir kəsin alınan nəticələrdən razı qalmasını təmin etməkdir.
Fəaliyyət göstərdiyimiz illər ərzində bir sıra müxtəlif xarakterli xeyriyyə aksiyaları həyata keçirilib. Xeyriyyə təşkilatları ilə əməkdaşlıq edib, təşkilati dəstəyimizi əsirgəməmişik. Uşaq evlərində, qocalar evlərində göstərdiyimiz maddı yardımlarla yanaşı, müayinə və müalicə xidmətlərimizi də həyata keçirmişik.
Bütün bunlarla yanaşı yanvarın 19-u həkim kollektivimizlə: kardioloq, terapevt, pediatr, USM-si və dıgər xidmətlərlə
Abşeron rayonunun Masazır kəndində pulsuz müayinə aksiyası keçirərək 500 nəfərdən artıq kənd sakininə yüksək səviyyədə xidmət göstərildi. Biz, "Vimay-Med" Tibb Mərkəzinin bütün kollektivi mütəmadi olaraq bu kimi tədbirlər keçirməklə hər zaman xalqımıza xidmət göstərmək niyyətindəyik.
"Vimay-Med" Tibb Mərkəzi Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., Davudoğlu küç. 12a ünvanında yerləşir.
Əlavə məlumat üçün əlaqə nömrələrinə zəng vurub maraqlana bilərsiniz! (012) 568-39-93, (012) 513-14-38, (070) 207-18-82 Şamo Əliyev