Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.

Tarix:30-03-2018, 13:26

Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.


Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanıb. Layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan + 118 “Abşeron” və +82 “Masazır” su anbarlarının , həmçinin anbarlardan şəhərə qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin tikintisi nəzərdə tutulur.Hazırda tutumu 10 min kubmetr olan + 118 “Abşeron” su anbarının inşası davam etdirilir, +82 “Masazır” su anbarlarının tikintisinə isə hazırlıq görülür.

Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 63,5 km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulub.

Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək 29,1 km-lik hissəsi tikilib.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihəyə əsasən, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.

Şamo Əliyev

Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.
Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.
Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.
Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.
Xırdalan sakinlərinə şad xəbər - avtomobil yollarının, prospekt və küçələrin asfalt örtüyü yenilənəcək.

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi