Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 45 saylı Abşeron seçki dairəsinin Xırdalan şəhər 1 nömrəli orta məktəbdə yerləşən 10 saylı seçki məntəqəsində səs verib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova seçki məntəqəsinə gəlib.
İcra başçısı səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Şamo Əliyev