Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Tarix:19-04-2018, 17:58

Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub


Abşeron Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, aprelin 11-də ölkəmizdə şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini əks etdirib. Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb. Abşeron rayon əhalisi də seçkilərdə fəallıq nümayiş etdirmiş, səsvermənin şəffaf və heç bir qanun pozuntusuna yol verilmədən keçirilməsi təmin edilmişdir. Seçkilərdə rayon üzrə seçicilərin 76.5 faizi iştirak etmiş, onlardan 88,7 faizi cənab İlham Əliyevə səs vermişlər.

Bildirilib ki, ötən rüb ərzində rayonda abadlıq-quruculuq, çoxmənzilli yaşayış binalarının təmiri, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizat, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini İlham Quliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılmış, 21 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq, sakinlərin istifadəsinə verilmişdir. Hazırda Ceyranbatan qəsəbəsində 6, Mehdiabad qəsəbəsində isə 1 çoxmənzilli yaşayış binasında təmir işləri aparılması üçün hazırlıq işləri görülür. Eyni zamanda hazırda Xırdalan şəhərində 9 çoxmənzilli yaşayış binasında 37 sərnişin liftinin təmir olunması üçün sənədləşmə işləri aparılır.

Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin yaradılması istiqamətində işlər davam etdirilir və növbəti aylarda bununla bağlı daha geniş layihələrin həyata keçirilməsi planlaşdırılır.

2018-ci ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 5038 kub metr çınqıl tökülərək yayılmış, 4300 kvadratmetr sahə asfaltlanmışdır. Hesabat dövründə Güzdək-Buta, Qobu-Lökbatan, Mehdiabad-Pirşağı avtomobil yollarının təmirinə başlanılmış, Bakı-Quba avtomagistralından Masazır, Novxanı istiqamətinə 2.7 km uzunluğunda alternativ yolun asfalt olunması ilə bağlı müvafiq sənədləşmə işləri aparılır. Mehdiabad-Pirşağı yolunun kənarında 1500 metr uzunluğunda piyada səki çəkilmiş, 500 metr uzunluğunda sıradan çıxmış 159 mm-lik boru yenisi ilə əvəz olunmuşdur.
Ötən illərdə olduğu kimi cari ilin birinci rübündə də ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Cari ilin ötən müddəti ərzində rayonun yaşayış məntəqələrində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağaclar əkilmişdir.

Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 23 yeni transformator quraşdırılmış, 4 transformator təmir edilmiş, 249 ədəd dayaq və 31220 metr naqil dəyişdirilmiş,yaşayış məntəqələrində 32400 metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmiş, Güzdək qəsəbəsinin enerji təchizatının Qaradağ rayonundan ayrılması məqsədilə Paylayıcı Transformator Məntəqəsinin tikintisi başa çatdırılaraq Qobu yarımstansiyasından qəsəbəyə 10 kv-luq xətt çəkilişi işlərinə başlanılmışdır. Hazırda Xırdalan, Masazır, Qobu yaşayış məntəqələrində inşa olunmuş yarımstansiyalardan yeni çəkilmiş kabellərin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır.

2018-ci ilin 3 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 21100 p/m uzunluqda yeni içməli su , 12000 p/m uzunluqda kanalizasiya xətləri çəkilmişdir. 895 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilərək, 11 ədəd müxtəlif markalı nasos təmir edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə ayrılmış vəsait həcmində 5200 p/m uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdırılmışdır.

Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanılmış işlər sürətlə davam etdirilmiş, bugünə qədər 65 km uzunluğunda içməli su, 30 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir.Ümumilikdə layihə çərçivəsində 168 km içməli su, 110 km uzunluğunda kanalizasiya xəttinin çəkilişi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
“Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 13.2 km xəttin 12.7 km hissəsinin inşası başa çatdırılmış, hazırda nasosxananın inşası və 450 metr xəttin çəkilişi işləri sürətlə davam etdirilir. Tikinti quraşdırma işlərinin növbəti ayın sonlarına tamamilə başa çatdırılaraq, istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan əlavə təmir tikinti təşkilatları tərəfindən Novxanı kəndi ərazisində layihə əsasında su şəbəkəsinin inşası davam etdirilir.

Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə Nəsrəddin Tusi, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində ümumi uzunluğu 1200 metr olan açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir. Kəndin mərkəzi küçəsinin ətrafında olan divarların üzlük daşlarla üzlənilməsi işlərinə başlanılmış, hazırda bu istiqamətdə işlər davam etdirilir. Saray qəsəbəsində Cabir Novruz və Sülh küçələrinə 660 kubmetr çınqıl tökülərək yayılmış və avtobus marşrutlarının işləməsi üçün normal vəziyyətə gətirilmişdir.

Pirəkəşkül və Qobustan kəndlərinə su çəkilişi ilə bağlı qazıntı işləri aparılmış küçələrdə podratçı təşkilatlar tərəfindən bərpa işləri aparılmış, bundan əlavə Pirəkəşkül Qobustan bələdiyyəsi tərəfindən daxili yollara 1000 kub çınqıl tökülərək yayılmışdır. Novxanı bələdiyyəsi tərəfindən Salatın Əsgərova küçəsinə 1500 kv. metr, Teymur Əliyev küçəsinə 1200 kv.metr asfalt örtük verilmişdir. Masazır kəndində isə Rafiq Hüseynov küçəsinə 1950 kv. metr sahəyə karbonat tökülüb yayılmışdır.

Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Saray və Novxanı yaşayış məntəqələrində müxtəlif diametrli 1300 paqometr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, rayon üzrə ümumilikdə 4422 ədəd sayğac quraşdırılmışdır.
Hesabat dövründə Abşeron Telekommunikasiya Qovşağı tərəfindən vətəndaşların telefonla təmin edilməsi məqsədilə daxili imkanlar hesabına 60 eskiz layihəsinin icrasına başlanılmışdır. Hesabat dövründə Masazır kəndi ərazisində poçt şöbəsinin yeni agentliyi fəaliyyətə başlamışdır. Ümumilikdə bu gün şəhər, qəsəbə və kənd poçt şöbələri əhaliyə və eləcədə idarə, müəssisə və təşkilatlara 70-ə yaxın poçt xidmətini həyata keçirir.

Xırdalanda şəhərində və Mehdiabad qəsəbəsində təşkil olunmuş “Asan xidmət”in səyyar fəaliyyətindən rayonumuzun 2821 nəfər sakini istifadə etmişdir.
Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır.

Ötən müddət ərzində Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, İxtisaslaşdırılmış Təmir Abadlıq idarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanmış, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, təmir olunacaq 7 çoxmənzilli yaşayış binası müəyyən edilmişdir. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 470 nəfər rayon sakini artıq işlə təmin olunmuşdur.

2018-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 115 hüquqi, 690 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fəaliyyətə başlamışdır. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, 3 ay ərzində rayon ərazisində 1360 yeni iş yaradılmışdır.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 5 investisiya layihəsi üçün 8 milyon 317 min manat güzəştli kredit verilmişdir ki, həyata keçiriləcək bu layihələr üzrə 136 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artmış, ərazidə fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 350 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir.

Cari ilin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.7 faiz artaraq 43.6 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 7572 nəfər olmuş, çalışan işçilərin orta aylıq əmək haqqı 338 manat təşkil etmişdir.

Eyni zamanda diqqətinizə çatdırmaq istərdim k, Ölkə Prezidenti cənab İlham Əliyevin 22 mart 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar yerin ayrılması məqsədilə hazırda sənədləşmə işləri həyata keçirilir. Bu da rayonda xalçaçılığın inkişafına, bu sahədə qədim ənənələrin davam etdirilməsinə böyük təkan verəcəkdir.
Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla 414 hektar sahədə tərəvəz əkilmişdir. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 21397 başa, davarın sayı 107547 başa, quşların sayı isə 876793 başa çatmışdır. Hesabat dövrü ərzində 953 ton ət, 6996 ton süd istehsal olunmuş, yumurta istehsalı isə 36 milyon ədədə çatmışdır.
Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndiriməsi ilə bağlı işlər davam etdirilmiş, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 4 min hektara yaxın sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. 60 hektar sahədə artıq badam əkilmiş, damcılama suvarması şəbəkəsi quraşdırılmış, 30 ədəd müxtəlif təyinatlı texnika alınmışdır.

Hesabat dövründə rayonda Mənzil Tikinti Koperativləri tərəfindən çoxmənzilli yaşayış binaları üzrə 91500 kvadratmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilmişdir. Bundan əlavə rayon ərazisində 54200 kvadratmetr qeyri-yaşayış obyekti, 42000 kvadratmetr isə istixana kompleksi istifadəyə verilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların əsasını rayon və şəhərlərdə dotasiyalardan asılılığın minimuma endirilməsi təşkil edir. Diqqətə çatdırmaq istərdim ki, artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir .

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində cari ilin 3 ayı ərzində 143 nəfərə pensiya təyinatı aparılmış, pensiyaçıların sayı 21365 nəfərə çataraq rayon üzrə orta pensiyanın məbləği 218 manat təşkil etmişdir. Mərkəzin 11 nəfər sosial işçisi tərəfindən 120 nəfər ahıl və tənhaya xidmət göstərilmiş, 35 nəfər əlil istirahət və müalicə zonalarına göndərilmişdir. Hazırda rayon üzrə 492 ailə orta hesabla 137 manat olmaqla ünvanlı dövlət sosial yardımı alır.

Hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 4 nəfərə işsizlik statusu verilmiş, 22 nəfər mərkəzin qeydiyyatında olan qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədrisi Mərkəzində mühasib ixtisası üzrə peşə kursuna göndərilmişdir. Cari ilin ötən üç ayında Məşğulluq Mərkəzinin xətti ilə 364 nəfər işə düzəlmişdir ki, bunun da 48 nəfəri qaçqın və məcburi köçkünlər olmuşdur.
Ötən illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 15 şəhid ailəsi, əlil və imkansıza 5300 manat yardım göstərilmişdir. Rayonun daxili imkanları hesabına Novruz bayramı ərəfəsində bütün şəhid ailələrinə bayram payı verilmişdir. Rayon ərazisində məskunlaşmış 11841 məcburi köçkün ailəsinin qayğıları da diqqət mərkəzində saxlanılmışdır.

2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.

Mehdiabad qəsəbəsində 1200 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi başa çatmış, ətrafında abadlıq işləri görülmüşdür.

Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2018-ci ilin fevral ayından rayonda sakinlərin tibbi müayinəsinə başlanılmış və artıq 47192 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 2412 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 552 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profilaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini Rayon İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı Kompleks Tədbirlər Planı əsasında qurmuş, görülmüş işlərin nəticəsi olaraq 2018-ci ilin 3 ayı ərzində bir çox yoluxucu xəstəliklərin sayı azalmış, bəzi xəstəliklər isə ümumiyyətlə qeydə alınmamışdır. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində, Xırdalan şəhərindəki çoxmənzilli yaşayış binalarında, su anbarlarında dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun Xırdalan şəhəri, Fatmayı, Görədil, Məmmədli, Novxanı, Digah Ceyranbatan, Qobu yaşayış məntəqələrində reydlər aparılmış, 9 ünvanda qeyri-qanuni zibilliklər aşkar olunaraq ləğv edilmişdir.

Hesabat dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, “20 yanvar”, Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, əlamətdar günlərdə və bayramlarda tədbirlər keçirilmişdir.8 mart- Beynəlxalq Qadınlar günü , Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdə respublikanın tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur. Novruz bayramı zamanı Heydər Əliyev adına parkda keçirilmiş ümumrayon tədbirində ümumtəhsil məktəbləri və körpələr evi uşaq bağçaları kollektivlərinin əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Bayram ərəfəsində Abşeron rayonun ictimaiyyət nümayəndələri ilə rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən “N” saylı hərbi hisəssində əsgərlərlə görüş keçirilmiş və onlara bayram sovqatı aparılmışdır. Eyni zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkda keçirilmiş Novruz bayramı tədbirində təsviri və dekorativ-tətbiqi sənət sərgisində rayonun sənətkarları öz əl işlərini nümayiş etdirmiş, kulinarlarlarımız tərəfindən rayonumuzun özünəməxsus milli mətbəxt nümunələri təqdim edilmişdir.

Hesabat dövründə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyinin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Bu gün rayonumuzda 6273 nəfər yeniyetmə və gənc idmanın 28 növündə məşğul olurlar. 2018-ci ilin 3 ayı ərzində rayonun gəncləri 4 beynəlxalq və 23 respublika idman yarışlarında iştirak etmişlər.
İdman yarışlarında gənclərimiz 59 medal, o cümlədən 14 qızıl medal qazanmışlar. Cari ilin birinci rübündə idmançılarımız Türkiyə, İran, Belarusiyada keçirilən beynəlxalq yarışlarda iştirak edərək 8 qızıl, 3 gümüş və 8 bürünc medal qazanmışlar.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci ilin 26-29 mart tarixlərində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi ölkəmizin qərb bölgəsinə səfər etmişlər.

Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olmuş, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri hesabat dövründə də qorunub saxlanılmışdır. Ötən rüb ərzində Rayon İcra Hakimiyyəti, Polis idarəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi birlikdə “Narkomaniya ümumbəşəri bəladır” və “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 38 görüş keçirilmişdir. Hesabat dövründə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ciddi şəkildə davam etdirilmiş, 2 kq qanunsuz narkotik maddə aşkar edilərək, dövriyyədən çıxarılmışdır.
Ötən dövr ərzində rayonda dini durum sabit olmaqla radikal dini cərəyanlar və digər məsələlərlə bağlı qanunazidd hallar müşahidə edilməmişdir.
Gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilmişdir. 2018-ci ilin ötən dövrü ərzində 77 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmış, çağırışdan yayınma hallarına rast gəlinməmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamına uyğun olaraq aprel ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı hazırda rayonda yüksək səviyyədə icra edilir. Bir neçə gün öncə Abşeronlu gənclərin təntənəli yola salma mərasimi təşkil edilmişdir.

Rayon İcra Hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. 2018-ci ilin 3 ayı ərzində Rayon İcra hakimiyyətinə 522 ərizə, təklif, və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.
Rayon İcra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 156 nəfər vətəndaşın müraciəti dinlənilmiş, haqlı tələblərinin təmin olunması üçün lazımi tədbirlər görülmüşdür. Xüsusilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, 2018-ci ilin 3 ayı ərzində rayonun kənd və qəsəbələrində 2 min nəfərdən çox rayon sakinin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilmişdir.

2018-ci ilin iş planına uyğun olaraq ötən dövrdə Rayon İcra Hakimiyyəti başçısı Yanındakı Şura iclasları müntəzəm keçirilmiş, hesabat dövründə iş planında olan 6 məsələnin müzakirəsi təmin olunmuşdur.


Toplantıda Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov çıxış ediblər.

İclasa yekun vuran Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırıb ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə ilə yerində və həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.


Şamo Əliyev

Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Abşeronda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var