Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb

Tarix:8-05-2018, 16:09

İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb


Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Şuşalı şəhid ailələri ilə görüş keçirilib.

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, onların unudulmamasına çalışmaq, şəhid ailələrinə dövlət qayğısı göstərmək olduğunu bildirib. İşğal altında olan ərazilərimiz, o cümlədən Şuşa şəhəri haqqında danışmağın hamı üçün ağrılı olduğunu vurğulayan İ.Gülməmmədova Şuşanın Azərbaycan tarixində, mədəniyyətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda ilk pul sikkələrinin, ilk məktəbin məhz Şuşada yaradıldığını vurğulayan başçı bu qala şəhərinin mədəniyyət beşiyi olmaqla yanaşı elmi mərkəz funksiyasını da yerinə yetirdiyini söyləyib.

Sovet İttifaqı dönəmində Şuşanın tarixinin bilərəkdən saxtalaşdırıldığını, onunla bağlı olan həqiqətlərin məqsədli şəkildə insanlara çatdırılmadığını vurğulayan İ.Gülməmmədova qeyd edib ki, o zamanlar da bu şəhərimizin maddi-tarixi abidələri, sənət əsərləri gizlincə daxıdılıb, talanıb və məhv eilib. Müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini, respublikanın hər yerində böyük abadlıq, quruculuq işlərinin aparıldığını vurğulayan başçı ölkədə sabitliyin höküm sürdüyünü, vətəndaşların hüquq və azadlıqlarının qorunduğunu bildirib.

Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın surətli inkişaf əldə etdiyini, ordumuzun qüdrətinin artdığını qeyd edərək bildirib ki, ata-baba yurdlarımıza qayadacağımız gün uzaqda deyil.

Daha sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Şamo Əliyev

İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Şuşalı şəhid ailələri ilə görüşüb

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident