Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən proqram Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.
Tədbirdə Abşeron rayonu İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcıları ilk olaraq 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi.
Bildirilib ki, AXC-nin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, keçmiş sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu işlərə güclü təkan və doğru istiqamət verib.
Sonra Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş olunub.
Bayram tədbirində Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı Fərqanə Qasımova, muğam ifaçısı, əməkdar artist Ehtiram Hüseynov, Əməkdar artist Təyyar Bayramov, "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov, Səməd Xasıyev və digər mügənnilər bir səhnəni böıüşərək Sumqayıt Regional Mədəniyyət idarəsinin Xalq Çalğı Alətləri Orkestri (Dirijor Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov) və Xor kollektivinin (Dirijor Firəngiz Xəlilova) müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Şamo Əliyev