Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Abşeron rayonunda silsilə tədbirlər davam edir. Abşeron rayon, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 28 May Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə əvvəlcə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova məktəbin isdedalı şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olub, beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış məktəbin idmançıları ilə görüşüb.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Bayram tədbirini giriş sözü ilə açan məktəbin direktoru Çinarə Atayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirib. Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən Ç.Atayeva Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, dövlətimizin başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.
Tədbirdə məktəblilər mahnı və rəqslər ifa edib, şeirlər söyləyiblər.
Məktəblilərin ifa etdiyi “Yaşa, yaşa,çox yaşa, ey şanlı, Azərbaycan! ” adlı kompozisiya maraqla qarşılanıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx göstərilib.
Şamo Əliyev