Qədim Abşerona əsrlər boyu olduğu kimi bu ildə bahar gəldi. Abşeronlular bu baharı Xırdalan şəhərində böyük təntənə ilə qeyd etdilər.
Bayram şənliyinin keçiriləcəyi meydan əl-əlvan bəzədilmişdi. Orta ümumtəhsil məktəbləri, uşaq bağçaları bu bayrama xüsusi ilə hazırlaşmışdılar. Balaca keçəllər, kosalar, bahar qızları həvəslə şeir deyir, rəqs edirdilər.
Rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun, rayonun məsul işçləri ilə bayram şənliyinə qatılması şənliyə daha da rəng verdi. Rayon rəhbəri Zakir Fərəcov cənabları bayram iştirakçılarını, bütün Abşeronluları baharın gəlişi münasibəti ilə təbrik etdi. Onlara xoşbəxt gələcək, Abşeronun çiçəklənməsi naminə yeni-yeni uğurlar arzuladı. İcra başçısı hər bir məktəb və uşaq bağçalarının təşkil etdiyi guşəyə baş çəkdi, balaca Abşeronluları təbrik edib onların hazırladığı şirniyyatlardan daddı.
Bayram şənliyi müğənni, aşıq və rəqqasların ifası ilə başa catdı.