Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Abşeron rayonu ərazisində də geniş və təntənəli şəkildə qeyd olunmaqdadır.
Bayram münasibətilə Abşeron rayonunun Qobu qəsəbəsində də geniş tədbir təşkil olunmuşdur.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, İcra Hakimiyyətinin kolektivi ,idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Bayram tədbirində ənənəyə uyğun olaraq bayram simvolu olan tonqal qalanmışdır.
Tədbirdə çıxış edən rayon rəhbəri cənab Zakir Fərəcov sakinləri bayram münasibət ilə təbrik etdi, onlara xoş arzularını bildirdi.
Daha sonra rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, məktəblilər şeirlər oxumuş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxmışlar. Kəndirbazlar da öz məharətlərini göstərmişlər.