Abşeron rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun Mehdiabad qəsəbəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Mehdiabad qəsəbəsi gündən-günə abadlaşır və gözəlləşir.20 mart 2014-ci il tarixdə Abşeron rayon Mehdiabad qəsəbəsində Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirildi.Bayram konsertində bir çox qonaqlar iştirak edirdi.Bu qonaqlar içərsində Abşeron rayon icra hakimiyyətindən rayon rəhbərinin muavini Faiq Kərimov,qəsəbə bələdiyəsi,qəsəbədə olan icra nümayəndəsi,məktəb və bağca direktorları,idarə və müəssisə rəhbərləri iştirak edirdilər.
Şənlikdə tanınmış musiqiçilər,xanəndələr və Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi geniş konsert proqarmı ilə çıxış etdilər.
Məktəbin rəqs asanbılı bir-birindən gözəl rəqsləri ilə tamaşaçılarda gözəl təsürat yaradırdı.Kəndirbazların və pəhlavanların göstərdiyi səhnələr sakinlərin ürəyincə oldu.Şənlikdə Mehdiabad qəsəbə orta məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi sakinlərin marağına səbəb oldu.
Şənliyin sonunda bayram tonqalı yandırıldı