Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi qeyd olunub

Tarix:20-11-2018, 19:26

Abşeronda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi qeyd olunub

Bu gün Xırdalan şəhərində Azərbaycan Respublikası Ədliyyə orqanlarının yaranmasının 100 illiyi və “22 noyabr Ədliyyə işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan ədliyyəsinin 100 illik tarixini əks etdirən film nümayiş olunub.

Bayram tədbirində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, Abşeron rayonunda aparılan abadlıq və quruculuq işindən danışıb.

Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, hər il noyabr ayının 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirilib ki, zəngin ənənələrə və 100 illik tarixi keçmişə malik Azərbaycan ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb. Hazırda həmin islahatlar uğurla davam etdirilir.

Azərbaycan ədliyyəsinin yubileyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə üst-üstə düşməsindən danışan Elçin Kazımov qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, bugünkü müasir dövlətimizin sələfi qismində müstəqilliyimizin hüquqi-siyasi və iqtisadi əsaslarını formalaşdırıb. Milli hökumətə rəhbərlik edən ziyalılar hələ o dövrdə hüquqi dövlətin formalaşdırılması baxımından ədliyyə və məhkəmə orqanlarının yaradılmasını vacib sayaraq, bu istiqamətdə əməli tədbirlər həyata keçiriblər. Təsadüfi deyildir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə – 1918-ci ilin may ayının 28-də Ədliyyə Nazirliyi də təsis edilib.

“Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirib”, - deyən Elçin Kazımov son 15 ildə yeni dövrün tələblərindən irəli gələn islahatların aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Elçin Kazımov hazırda yaranmasının 100 illiyi qeyd edilən ədliyyənin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesinin keyfiyyətcə və mahiyyətcə yeni səviyyəyə qalxdığını, ədliyyə və məhkəmə infrastrukturunun əhəmiyyətli dərəcədə yeniləndiyini, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş məhkəmə binalarının inşa edildiyini, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin xeyli yüksəldiyini bildirib. O, bu sahədə həyata keçirilən tədbirlər sistemini son 15 ildə inamla davam etdirən ölkə rəhbərinin hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolunun və mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini praktik addımlarla təmin etdiyini xüsusi vurğulayıb.

Tədbirdə DTX Abşeron rayon şöbəsinin rəisi Ruslan Rəhimov, Abşeron rayon prokurorunun müavini Nail Əliyev, Xırdalan şəhər Vəkil Bürosunun müdiri Ayxan Rüstəmzadə, Abşeron rayon İcra və Probasiyaşöbəsinin əməkdaşı Sevinc Rəhimova, ədliyyə veteranları Müzəffər Ağazadə, Rəsul Səfərov çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.

Bayram tədbirində fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçilərinə İradə Gülməmmədova tərəfindən qiymətli hədiyyələr, fəxri fərmanlar və pul mükafatları təntənəli şəkildə təqdim olunub.

Şamo Əliyev

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident