Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar

Tarix:21-11-2018, 20:45

Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar


"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində dörd gün müddətində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Abşeronlu şagirdlər noyabrın 21-də doğma rayona qayıdıblar.

Tur-aksiyanın iştirakçılarını Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər gül-çiçək dəstələri, zurna-balaban sədaları və rəqslərlə qarşılayıblar.

Təntənəli qarşılanma mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov uşaqları salamlayaraq bildirib ki, bu layihə çərçivəsində şagirdlərimiz ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarında tarixi abidələr, muzeylər, regionların sosial iqtisadi inkişafı ilə tanış olmaqla yanaşı, ölkəmizin füsunkar təbiəti ilə də tanış olublar. Əlbəttəki bu maarifləndirici turist səfərləri yetişən gəncliyin həyatında önəmli rol oynayır.

F. Cəbrayılov çıxışında onuda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində doğma Qarabağımız işğaldan azad ediləcək və "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Abşeron məktəbliləri Azərbaycanın cənnət guşəsi ilə yaxından tanış olacaq və üçrəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqlar.

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova uşaqları salamlayaraq bildirib ki, belə aksiyalar gənc nəslin vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir.

İlk təəssüratlarını Absheronxeber.az portal ilə bölüşən, turun qrup rəhbəri Hafiz Mikayılov deyib: "Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular.Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Qrupun rəhbəri, Təhsil şöbəsinin ingilis dili fənni üzrə metodisti Yaydagül Rəhimova bildirib ki, Abşeron rayonunun IX-XI sinif şagirdləri ekskursiyadan zəngin təəssüratlarla qayıdıblar. Məktəblilər bölgənin qədim tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.

Saray qəsəbə 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zeynəb Dadaşova sevincini belə ifadə edib: "Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir görmək yaxşıdır".

Həmçinin Novxanı 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kənan Paşayev söhbətə qoşularaq dostunun sözlərinə aşağıdakıları əlavə edib: "Tur-aksiya zamanı yadımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, Çökək hamamla, Göygöl rayonunda alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşıma əbədi həkk olunub. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur".

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Yeganə Abbaszadə təəssüratlarını bölüşərək deyib: "Belə bir layihədə ilk dəfədir iştirak edirəm. Gəncə-Göygöl-Şəmkirin tarixi yerlərini gəzdik. Həmin yerlər haqqında müxtəlif məlumatlar əldə etdik və biliklərimizi genişləndirdik. Yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Məmmədli kənd məktəbinin X sinif şagirdi Nərmin Həsənli səfərdən məmnunluğunu bu sözlərlə ifadə edib: "Gəncə, Şəmkir və Göygöl rayonlarının təbiəti, muzeyləri, tarixi yerləri ilə tanış olduq. Görmədiyimiz və bilmədiyimiz yerlər haqqında yeni məlumatlar əldə etdik. Ölkəmizin zəngin tarixinin olmasından çox böyük qürur hissi keçirirəm. Bu qədim rayonlardan olduqca xoş təəssüratlarla ayrıldıq".

Şamo Əliyev

Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar
Abşeron məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident