Xəbər lentİ

Abşeronlu qadınlar qeyri ənənəvi dini təriqətlər və dinlər mövzusunda dəyirmi masa keçirdilər

18:55, 22.04.14
Oxunub: 2 377
Gundem / SİYASƏT
Abşeronlu qadınlar qeyri  ənənəvi  dini təriqətlər və dinlər mövzusunda dəyirmi masa keçirdilər
Bu gün Abşeron rayonunda Abşeronlu qadınların iştirakı ilə qeyri ənənəvi dini təriqətlər və dinlər mövzusunda dəyirmi masa keçirilmişdir.
Çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini İradə Gülməmmədova bildirdi ki, Azərbaycan həm etnik cəhətdən həm də dini cəhətdən rəngarəng bir dövlətdir. Natiq çıxışında, əsası ulu öndər tərəfindən qoyulan dövlətçilik ənənələrinin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilməsindən söz açdı. Bildirdi ki, ölkə Prezidenti bütün sahələrdə olduğu kimi dini məsələlərdə də «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkədə vətəndaşların öz vicdan azadlıqlarını həyata keçirməsi istiqamətində görülən işlərə hər zaman diqqət və qayğı göstərir.Azərbaycanda həmişə müxtəlif millətlərin arasında dostluq münasibətləri, dini dözümlülük, tolerantlılıq mövcud olub. Ölkə başçısı tolerantlığa, dövlətçiliyi möhkəmləndirən, xalqın birliyini qoruyan amil kimi baxır.
Dövlət müstəqilliyindən sonra ölkəmizdə din və vicdan azadlığı yarandı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər dahada yaxınlaşmağa başladı.
Heydər Əliyev , biz Azərbaycanlılar islam dini ilə fəxr edərək eyni zamanda başqa dinlərə qayğı ilə yanaşmışıq. Xatırladaq ki, 16 noyabr 1999-cu ildən tolerantlıq günü kimi qeyd edilməyə başladı. Azərbaycanın tolerantlığı bütün ölkələrə nümünədir. Çünki Azərbaycanda din siyasəti, vicdan azadlığı üzərində qurulub. Bü gün cənab prezidetimizdə bu siyasəti uğurla davam etdirir.
Bu yaxınlarda İslam Konfransı və bir sıra beynəlxaq qurumların təşəbbüsü ilə Bakıda “Dövlər və DİN” forumu kecirildi.
Daha sonra çıxış edən YAP qadınlar şurasının sədri Teyyubə Hüseynova bildirdi ki, ölkədə fəailiyyət göstərən qeyri-ənənəvi dini quruplaşmalar tolerantlığa zərbə vurur.Bu quruplaşmalar heçdə hər zaman müqəddəs amala xidmət etmir. Bir çox hallarda bəzi siyasətçilərin əlində alətə çevrilir, cəmiyyəti uçuruma aparır. Bu tip icmaların qarşısının alınması vacibdir.
Azərbaycan dünyəvi, hüquqi dövlətdir, din dövlətdən ayrıdır. Ona görədə hakimiyyət və cəmiyyət radikal dini abı-havanın əlehinədir.Seminar-treninqi RİH Başçısının müavini yekunlaşdırdı, mənalı və faktlarla zəngin söhbətlər üçün qonaqlara toplantı iştirakçılarının minnətdarlığını yetirdi.

Fikirlər

 Oxşar xəbərlər: