Xəbər lentİ

İradə Gülməmmədova Digah qəsəbəsində sakinlərlə görüşdü

19:20, 04.01.19
Oxunub: 1 623
Gundem / ÖLKƏ
İradə Gülməmmədova Digah qəsəbəsində sakinlərlə görüşdü

Bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah qəsəbəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Rayonun kənd və qəsəbələrində sakinlərlə mütəmadi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayan İ.Gülməmmədova bu görüşlər zamanı ötən il Digah sakinləri tərəfindən qaldırılan məsələlərin hamısının həll olunduğunu bildirib.
Abşeronda həyata keçirilən quruculuq abadlıq işlərindən danışan başçı rayonda kəndlərarası və qəsəbədaxili yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini qeyd edib. Əhalinin surətlə artdığını, kənd və qəsəbələrin böyüdüyünü deyən İ.Gülməmmədova kommunikasiya xəttlərinin çəkilməsi və digər bu kimi istiqamətlər üzrə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi infrastrukturla təmin ediləcəyini söyləyib.
Sonra Abşeron RİH başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Rüstəmov və Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov hesabat xarakterli çıxış edərək qəsəbə ərazisində görülən işlərdən danışıblar. Bildirilib ki, qəsəbədə məişət tullantıları vaxtaşırı daşınır, küçələr çınqılla örtülüb.
Daha sonra qəsəbə sakinləri çıxış edərək keçirilən səyyar qəbul və gürüşlərin əhəmiyyətindən danışıb, son illərdə ərazidə aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Çıxışçılar qəsəbəyə verilən təbii qazın təzyiqinin artırılmasında və telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Fikirlər

 Oxşar xəbərlər: