Dayanın, çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Qəlbimi titrədən o incə səslə,
Bir hicran nəğməsi oxunacaqdır.
Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bax belə anlardan biri də tələbə illəri zamanı yaşadığımız xoş xatirələr, heç zaman da unutmadığımız məzun olduğumuz buraxılış günüdür. Sevindirici olduğu qədər unudulmaz xatirələrlə dolu tələbəlik illəri... Dünən tələbə olanlar bu gündən müstəqil həyata qədəm qoyurlar. Bununla əlaqədar olaraq Abşeron rayonunda yerləşən “Bakı Dövlət Humanitar və İqtisadiyyat” kollecində 2013-2014-cü dərs ilinin başa çatmasına həsr edilmiş “Məzun Günü” şənliyi keçirildii. “Son Zəng”keçiriliən tədbirdə şəhər və rayon ictimaiyyətinin nümayəndələri, kollecin rəhbəri, valideynlər və şagirdlər iştirak edirdilər. Şənliklərdə çıxış edən kollecin müdirəsi Rüksarə xanım ölkə başçısının təhsilə olan diqqət və qayğısından,rayon rəhbəri cənab Zakir Fərəcovun gənclərə ayırdığı diqqət və qayğıdan,kollecin şagirdlərinin Respublika və Beynəlxalq Fənn və Layihə Olimpiadalarında uğurla iştirak edərək Azərbaycan bayrağını dalğalandırmalarından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda məzunlarının yüksək nəticələr göstərmələrindən, məzunlarının Respublikanın, eləcə də dünyanın bir çox ölkələrində təhsillərini uğurla davam etdirmələrindən, bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlanmasından geniş söhbət açıdı.
Şənlikdə Beynəlxalq və Respublika fənn eləcə də layihə olimpiadalarında, idman yarışlarında qalib olan şagirdlərə fəxri fərmanlar təqdim edildi, şagirdlər və məzunlar hazırladıqları mahnıları oxudular, müxtəlif rəqslər etdilər və seirlər söylədilər.
Qeyd edək ki, kollec 1922-ci ildən fəaliyyətə başlasada, 1979-cu ildə Xırdalan şəhərinə köcürülüb. Hazırda burada 600 tələbə təhsil alırki,bunlardanda 152 tələbə bu il təhsilini bitirərək məzun olur.