Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır

Tarix:16-09-2014, 22:44

Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da yeni dərs ilinə hazırlıq ümumrayon qayğısına çevrilmişdir. Rayon rəhbəri Cənab Zakir Fərəcovun bilavasitə təşəbbüsü və köməyi ilə təhsil müəssisələrində aparılan təmir-tikinti və abadlıq işləri artıq başa çatdırılmışdır. Məktəblərin pedaqoji şuraları və rayon təhsil şöbəsi dərs ilinin əsas hədəflərini müəyyənləşdirmişdir. Başlıca məqsəd ölkəmizin gələcəyi üçün tərbiyəli, çevik, yüksək bilik və bacarıqlı nəsil yetişdirməkdir. Bütün imkan və vasitələr bu müqəddəs vəzifənin uğurla həyata keçirilməsinə səfərbər edilmişdir.
Rayonumuzda da yeni məktəb binaları, əlavə tədris korpusları tikilib, mövcud məktəblər əsaslı təmir olunub, maddi-tədris bazası yaxşılaşdırılbr. İnformasiya və kommunikasiya texnologiyaları və yeni dərsliklərlə təminat yüksək səviyyədədir.

15 sentyabr - «Bilik günü» ənənəvi olaraq Abşeron rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 38 orta məktəbdə dərslərə başlanılıb.

Abşeron Xəbər-ə müsahibə verən təhsil şöbəsinin müdiri Nadir Ağayev 2013-2014-cü tədris ilinin yekunları barədə məlumat verib.O qeyd edib ki, ali məktəblərə sənəd verən 1215 şagirdin 785 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazananlardan 81-i 500 dən yuxarı ,33-i isə 600 dən yuxarı bal toplayıb buda ötən ilin göstəricisinə nisbətən xeyli coxdur.Yola saldığımız tədris ilində rayonun təlim tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülüb,uğurlu nəticələr əldə edilib məktəblərdə təlim tərbiyənin keyfiyyəti yüksəldilib,məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşdırılıb.

Bu gün respublikanın orta və ali təhsil müəssisələrində yeni tədris ili başlayır. ilk tədris günü Abşeron Xəbər kollektivi yeni istifadəyə vermilmiş Abşeron rayon ərazisindəki Xırdalan şəhər 1 saylı tam orta məktəbin həyətində inşa edilmiş yeni korpusunda olub.
Məktəbin direktoru Kamran Rzayev Abşeron Xəbər-ə açıqlamasında bildirdi ki, 3110 şagirdi olan təhsil ocağının əsaslı təmirindən sonra yeni korpusunun açılışı da olub. “Bu gün çox fərəhli bir gün yaşayırıq. Bütün Azərbaycanda "Bilik günü"dür. Məktəbimizdə 740 yelik təzə korpus tikilib. Bundan əlavə məktəbimiz əsaslı təmir edilib. Cənab Zakir Fərəcov bir necədəfə məktəbimizdə olub. Ötən illərə nisbətən 2013-2014-cü tədris ilində 11-ci siniflərimizin 73,6 faizi ali məktəblərə qəbul olunub.11 məzunumuz 500-dən , 4 məzunumuz isə 600-dən çox bal toplayıb”.

Məktəbdə bu il 345 şagir I sinifə daxil olub. I sinif üzrə 15 Azərbaycan, 2 rus bölməsi var

Deyilənləri dinlədikdən sonra məktəbin yeni korpusuna baxış keçirdik. 3 mərtəbəli məktəbdə hər bir vəsaitlə təchiz olunmuş emalatxana, idman zalı və zəngin kitabxana var

Xırdalanr şəhərində fəaliyyət göstərən digər təhsil ocağı olan 2 saylı orta məktəbində də “Bilik günü” qeyd olunurdu. Məktəbin direktoru tədbirdə çıxış edərək əvvəlcə ötən dərs ilində əldə olunan uğurlardan söz açdı. Diqqətə çatdırdı ki, məktəbdə müəllim-valideyn münasibətləri nə qədər sıx və mütəmadi olsa, balalarımıza o qədər effektli təhsil verə bilərik. Direktor xüsusilə birinciləri salamladı və onlara yeni addımlarında uğurlar arzuladı
Məktəbin direktoru Ədalət xanım Abşeron Xəbər-ə açıqlamasında bildirdi ki, bu il məktəbdə ümumilikdə 3330 şagird təhsil alacaq. 421 şagird birinci sinifə qədəm qoyur. I sinif üzrə 13 Azərbaycan, 7 rus bölməsi var. Ötən illərə nisbətən 2013-2014-cü tədris ilində 11-ci siniflərimizin 81,6 faizi ali məktəblərə qəbul olunub.

Bu gün Abşeronun Masazır kəndində də, 3 nömrəli tam orta məktəbin göz oxşayan yaraşıqlı binasında "Bilik günü" qeyd olunub.Məktəbdə keçiriləcək ilk dərs gününün sevincini yaşayan şagird və valideyinlər "Bilik günü"nü böyük coşqu ilə qeyd ediblər. Azərbaycanın dövlət himni ilə başlayan bayram tədbiri orta məktəbin direktoru Səidə Kəlbəliyevanın çıxışı ilə davam edib.
Məktəb barədə məlumat verən Səidə Kəlbəliyeva qeyd etmişdir ki, hazırda məktəbdə 1040 şagird təhsil alır. Bu il 280 nəfər uşaq birinci sinfə qəbul olunmuşdur. 2013-2014-cü təhsil ilində Masazır 3 saylı məktəbi 20 nəfər məzun bitirib və onların 13 nəfəri tələbə adını qazanmışdır. Sonda Səidə Kəlbəliyeva təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə və rayon rəhbəri cənab Zakir Fərəcova öz dərin təşəkkürünü bildirmişdir.

«Bilik günü» ilə əlaqədar Abşeron rayonundakı 9 saylı orta məktəbdə təşkil olunan tədbirə toplaşan şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 9 saylı orta məktəbin direktoru Həcər İbrahimova məktəb kollektivinin qazandığı uğurlardan danışmışdır. O, qeyd etdi ki, məktəbdə hazırda 2500 şagird təhsil alır və onlara 224 nəfər müəllim dərs deyir. Bu il birinci sinifə 123 nəfər uşaq qəbul edilib. Keçən tədris ilində məktəbin 97 məzununun 54-ü ali məktəblərə daxil olmuşdur. Məktəbin məzunu, 697 balla ADA Universitetinə daxil olmuş Elşən Yaquboğlu Prezident təqaüdünə layiq görülmüşdür.

Rayon bütün məktəblərində olduğu kimi Xırdalan şəhər 8 saylı məktəbində də “Bilik Günü” geniş qeyd edilib.Tədbirdə iştirak edən müəllimlər və valideynlər rayon rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını bildiriblər. Həmçinin “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Abşeron rayon İcra hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak edib.
Abşeron Xəbər-ə müsahibə verən məktəbin direktoru Xatirə Şabanova vurğulamışdır ki,Xırdalan şəhər 8 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir.Məktəbin yerləşdiyi mikroərazidə yaşayan əhali ilə məktəb arasında mütəşəkkil formada iş aparılır.
2013/2014-cü tədris ilində məktəbdə 520 nəfər şagirdin təlim –tərbiyəsi ilə 65 nəfər müəllim məşğul olur. Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə kollektiv qarşıya konkret vəzifələr qoymuş və bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tələbkarlığı artırmışdır.
2013/2014-ci tədris ilində isə məktəbin 11-ci sinfini bitirən 25 nəfər şagirddən 16 nəfəri ali məktəblərə daxil olmuşdur. Həmin şagirdlərdən 2 nəfəri 600 baldan yuxarı nəticələr göstərmişdir.

Baş redaktor: Şamo Əliyev


Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır
Abşeronda təhsilə qayğı, müəllimə ehtiram daha böyük uğurlara real zəmin yaradır

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir