Rayon rəhbəri cənab Zakir Fərəcovun təşəbbüsü ilə son illərdə Abşeron rayonunda həyta keçirilən bir çox sosial yönümlü layihlərin sırasına bu il uşaq bağçalarının tikintisi də əlavə olunub.
İlin əvvəlindən rayon rəhbərinin göstərişinə əsasən rayonun daxili imkanları hesabına inşasına başlanan 15 yeni uşaq bağçasının üçündə artıq son tamlanma işləri gedir, digərlərinin tikintisi isə sürətlə davam etdirilir.
Abşeron rayonu Məhəhmmədi kəndində 6 quruplu,120 yerlik bağçanın təməli cari ilin mart ayında qoyulub. İkimərtəbəli məktəbəqədər tərbiyə ocağında əsas tikinti yekunlaşıb. İyirmi otaqdan ibarət bağçada balacaların təlim- tərbiyəsi üçün bütün imkanlar yaradılır və yaxın günlərdə binanın istifadəyə verilməsi nəzərdə tutulub.
Abşeron rayonu Masazır kəndində də həmçinin ikimərtəbəli bina mükəmməl layihə əsasında qısa vaxt ərzində tikilib. Uşaqların təhsili və tərbiyəsi üçün müasir standartlara cavab verən hər cür şərait yaradılıb. Uşaq bağçası 6 qrup üçün nəzərdə tutulub.
"Qrupların yataq və dərs otaqları ilə yanaşı, bağçada böyük yeməkxana, mətbəx, musiqi və idman otaqları, oyun otaqları və yardımçı otaqlar var. Bağçanın binasına qalxmaq üçün pilləkənlər qranitdən hazırlanıb
Rayonun Saray qəsəbəsində də yeni inşa edilmiş bağça da son tamamlanma işləri aparılır. Iki mərtəbəli binada 120 uşağın təlim tərbiyyəsi üçün hər cür şərait yaradılaçaq. Burada qazanxana, trasnfarmator, quraşdırılaçaq.Təhsil obyektinin həyətyanı sahəsi isə yaşıllşadırılaçaq.
Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşəçək. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunaçaq. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək.
Qeyd edək ki,rayonun daxili imkanları hesabına ilin sonuna kimi ümumilikdə 15 bağçanın tikilib istifadəyə verilməsi planlaşdırılır. Gələn isə daha 22 uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Baş redaktor: Şamo Əliyev

