Xəbər lentİ

Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir

22:48, 25.09.14
Oxunub: 2 737
Gundem / SƏHİYYƏ
Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir


Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir

Ölkə əhalisinin tibbi müayinələrə cəlb olunması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyələrinə müvafiq olaraq Abşeron rayonunda uşaqların dispanserləşdirilməsi uğurla davam etdirilir.

Abşeron Xəbər informasiyya agentliyi xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılmasını təmin etmək məqsədilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim heyətindən ibarət iki səyyar qrup yaradılıb. Qrupa həkim-pediatr, nevropatoloq, cərrah, endikrenoloq, oftalmoloq, stomatoloq daxildir.
İndiyədək rayonda 30 minə yaxın uşaq tibbi müayinədən keçirilib.
Müayinələr zamanı uşaqlar arasında ciddi xəstəliklər aşkarlanmasa da, revmatizm və bronxid-asma xəstəliyi olan bəzi xəstələr dispanser qeydiyyatına götürülərək rayon mərkəzi xəstəxanasında müalicəyə cəlb olunub.
Xəstəliyi daha ağır olan uşaqlar isə müalicə edilmək üçün Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə göndərilib.
Aksiya bu ilin sonunadək davam etdiriləcəkdir.

Baş redaktor: Şamo Əliyev


Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir
Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir
Abşeronda uşaqların tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir

Fikirlər

 Oxşar xəbərlər: