Əvvəlcə rayonun pedoqoji kollektivi Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib,önünə gül dəstələri düzüblər.Rayonun pedoqoji kollektivinin qatıldığı tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısı Zakir Fərəcov müəllimləri təbrik edərək,onlara ən xoş arzularını çatdırıb.Natiq ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan danışıb.Natiq həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb. çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev 2013-2014-cü tədris ilinin uğurları barədə məlumat verib.Natiq qeyd edib ki, ali məktəblərə sənəd verən 1215 şagirdin 785 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazananlardan 81-i 500dən yuxarı ,33-i isə 600 dən yuxarı bal toplayıb buda ötən ilin göstəricisinə nisbətən xeyli coxdur.Vurğulanıb ki,rayonda 3 məktəb «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin, 5 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olub.Ümumilikdə Abşeronda 19 əməkdar və 15 «Tərəqqi» medalına layiq görülən müəllim var.Sonda rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları təqdim olunub.
Baş redaktor: Şamo Əliyev