Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Tarix:1-04-2019, 23:34

İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova Abşeron rayonu haqqında ümumi məlumat verib. Abşeronda 500 mindən çox əhalinin yaşadığını, həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini deyən başçı mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə danışıb. O qeyd edib ki, 1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunub. Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərzaidə salınmış abidə müasir üslubda qurulub, şəhidlik kompleksinin ərazisi genişləndirilib, ətrafda abadlıq işləri görülüb, ədəd ağac və gül kolları əkilib.

Öz növbəsində səfir E.Özoral türk şəhidlərinə göstərilən ehtirama görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdə olub, bundan sonra da birgə mübarizə aparacaqlar. Türk əsgərlərinin Qafqaz İslam Ordusunun tərkibində azərbaycanlı qardaşlarına köməklik göstərməsini qardaşlıq nümunəsi adlandıran səfir iki dövlətin qarşılıqlı münasibətlərinin bundan sonra daha inkişafı istiqamətində əlindən gələni edəcəyini söyləyib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib. Cənab səfirə xatirə hədiyyələri təqdim olunub.

İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
İradə Gülməmmədova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident