Bu gün ilk dəfə olaraq region televiziyaları arasında (DTV) “DÜNYA TV” rəqəmsal yayıma keçib. İndi bütün şimal bölgəsi Dünya Tv-yə baxa biləcəklər.
"Dünya" Müstəqil Televiziya və Radio Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır.
Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir.
Şirkətin prezidenti R.F.Hüseynovdur. "Dünya" TV gün ərzində 16 saat yayımlanır. Milli Televiziya və Radio Şurasının 15 sentyabr 2005-ci il tarixli qərarı ilə "Dünya" Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı ücün lisenziya alınmısdır. Bu gün isə Televiziya rəqəmsal yayıma keçib. Olkə rəhbəri tərəfindən 2013-cü ilin ikt ili elan edilməsi ilə əlaqədar olaraq ve ümumilli liderimiz Heyder Əliyevin anadan olmasinin 90 illiyi münasibəti ilə dünya mustəqil teleradio sirkəti rəqəmsal yayima start verdi. İndi Şimal bölgəsindən Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək. Bu rayonlar Dünya Tv-yə baxa biləcəklər. Dünya Tv-nin bütün texniki avadanlıqları rəqəmsalla təmin olunub.
Onu da qeyd edək ki, Rəqəmsal yayımının açılışında Sumqayət Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, Milli Televiziya və Radio Şurasının Texniki Şöbəsinin rəhbəri İsa Məmmədov, İREX-in Azərbaycan nümayəndəliyinin rəhbəri Angela Nicoara, "İREX Azərbaycan"ın hüquqşünası Ələsgər Məmmədli, İnternews Azərbaycan təşkilatının rəhbəri İlham Səfərov və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsi, Telekommunikasiya sektoru, baş məsləhətçi Qulam Abdullayev iştirak ediblər. Açılışda Dünya Tv-nin əməkdaşları ilə söhbətlər aparıldı. Gələn qonaqlara Dünya Müstəqil Teleradio Şirkətinin Prezidenti Ramiz Hüseynov fəaliyyətləri haqqında qonaqlara geniş məlumatlar verdi və uğurlarından danışıb.
Baş redaktor: Şamo Əliyev