Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əli Həsənov Xırdalanda partlayışdan əziyyət çəkmiş məcburi köçkünlərə görüşüb (FOTO)

Tarix:24-10-2014, 05:24

Əli Həsənov Xırdalanda partlayışdan əziyyət çəkmiş məcburi köçkünlərə görüşüb (FOTO)

Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və Abşeron rayonunun Xırdalan şəhərindəki partlayış nəticəsində mənzilləri dağılmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsindən Abşeron Xəbər-ə verilən məlumata görə, Ə.Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşüb.

Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Baş nazirin müavini bildirib ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.
Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilib, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilib. Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir.

Görüşdə əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətlərinin başçıları da iştirak ediblər.
Sonra Baş nazirin müavini Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon İcra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FNH tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

O, həmçinin qeyd edib ki, hazırda partlayış baş vermiş binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir. Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar.
Ə.Həsənov onların nəzərinə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən cənab Prezidentin diqqət mərkəzindədir.

Rayon rəhbəri cənab Zakir Fərəcov qeyd etdi ki, ərazidə tibb məntəqəsi, yeməkxana və digər zəruri xidmət məntəqələrinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onlar zəruri avadanlıqlarla təchiz edilib, məcburi köçkünlərin gündəlik tələbat mallarına ehtiyaclarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib. Həmçinin onlar gündə üç dəfə isti yeməklə və zəruri ərzaq məhsulları, yataq dəstləri ilə, digər avadanlıqlarla da təmin ediliblər.
Məcburi köçkünlər baş vermiş bu faciəvi hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində dərhal atılan addımlara görə Azərbaycan Prezidentinə və rayon rəhbəri cənab Zakir Fərəcova minnətdarlıqlarını bildiriblər.

Baş redaktor: Şamo Əliyev

Əli Həsənov Xırdalanda partlayışdan əziyyət çəkmiş məcburi köçkünlərə görüşüb (FOTO)
Əli Həsənov Xırdalanda partlayışdan əziyyət çəkmiş məcburi köçkünlərə görüşüb (FOTO)

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır