Abşeron idman məktəbinin idmançıları növbəti uğurlarını qazanıb. Belə ki, cari ilin 10-12 may tarixlərində Ukraynanın Odessa şəhərində uşaqlar, yeniyetmələr və gənclər üzrə Dünya Kuboku yarışları keçirilib. Bu yarışda məşqçilər Coşğun Sadıqov və Füzuli Musayevin rəhbərliyi ilə 4 abşeronlu karateçi iştirak edib. Onlardan 3-ü qızıl, biri isə bürünc medal qazanıb. Əldə etdikləri uğurlarla bizi sevindirən idmançılar diqqətdən kənar qalmayıb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova idmançılarla görüşüb, onlara fəxri fərman və pul mükafatları təqdim edib.