Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası

Tarix:28-10-2014, 21:46

Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası


28 oktaybır Abşeron rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə hazırlıqla bağlı rayon rəhbərliyinin göstəriş və tapşırıqlarına uyğun olaraq təşkilat komtəsinin ilk içlası keçirildi
Tədbiri giriş sözü ilə açan Abşeron rayon Ağsaqqalar şurasının sədri və Təhsil şöbəsinin müdiri Nadir Ağayev qeyd etdi ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.
O bildirdi ki, 3 okytabr tarixdə Prezident İlham Əliyev Abşeron rayonda səfərdə olub. Prezident rayonda bir neçə obyektlərin açılışlarını edib. Həmçinin İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında da olub.
O həmçinin qonaqlara məlumat verdi ki, Abşeron rayonunda bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev də bu məsələdə hər zaman həssas münasibətilə ilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb.
Abşeron rayonundakı Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.O qeyd etdi ki,son 9 ildə Abşeron rayonunda aparılan quruculuq və abadlıq işləri rayon rəhbəri cənab Zakir Fərəcovun Abşeronlulara diqqət və qayğısının təzahürüdür
Tədbirdə çıxış edən Mədəniyyət və Turizim şöbəsinin müdiri İlham Manafov bildirdi ki, Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvollaşdırır. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənmişdir.Hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır. Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Burada 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi və müstəqilliyimizin simvolu olan milli bayrağımız əzəmətlə dalğalanır.
Tədbirdə çıxış edən digər natiqlər də ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etməsindən danışdılar. Bildirildi ki, Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir.
Bundan başqa natiqlər, Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən olan bayrağımız barədə, Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarının tarixindən, Dövlət Bayrağı Gününün təntənə ilə qeyd edilməsinin həm də gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyini vurğulamışlar. Tədbirdə yekun nitqilə çıxış edən Nadir Ağayev tədbirə yekun vuraraq bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üzrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.

Baş redaktor: Şamo Əliyev


Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası
Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası
Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası
Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası
Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası
Abşeronda Dövlət Bayrağı Gününə hazırlıqla bağlı təşkilat komtəsinin ilk içlası

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır