Xəbər lentİ

Abşeronda məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub

18:33, 29.10.14
Oxunub: 2 301
Gundem / SƏHİYYƏ
Abşeronda məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub

Oktyabrın 14-dən başlayan immunlaşdırma həftəsi çərçivəsində indiyədək Abşeron rayonunda 11-15 yaş qruplarında məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin və Dünya Səhiyyə Təşkilatının nümayəndələrinin də iştirak etdikləri tədbirlərdə bildirilib ki, peyvənd aksiyası əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bu barədə Abşeron Xəbər-ə məlumat verən Abşeron rayon uşaq polinikasının profilaktika şöbəsinin müdiri Xatirə Quliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd bu yaş qruplarında uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir.O həmçinin qeyd etdi ki,Abşeron rayonunda olan 36 məktəbdə məqsədli qurupa daxil olan 13 min 623 məktəbli uşaqların,13 min 346 nəfəri qızılca və məxmərəyə qarşı peyvənd olunub

Onun sözlərinə görə, bu tədbirlər rayonun bütün kənd və qəsəbələrini əhatə edir. Peyvənddən kənar qalan uşaqlar vaksinasiya edilir. “Təmizləyici immunlaşdırma” tədbirləri noyabrın 14-dək davam etdiriləcək.
X.Quliyeva qeyd edib ki, görülən tədbirlər nəticəsində 2006-cı ildən ölkəmizdə məxmərəyin kökü tamamilə kəsilib. Bu ilin ötən dövründə isə qızılcaya yoluxma halı qeydə alınmayıb.
Qeyd edək ki,Abşeron rayonunda aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Son illərdə rayonumuzda genişmiqyaslı tədbirlərin aparılması nəticəsində malyariyaya üzrə epidemioloji sabitliyə nail olunub.

Baş redaktor: Şamo Əliyev

Abşeronda məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub
Abşeronda məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub
Abşeronda məktəbli uşaqların 98 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub

Fikirlər

 Oxşar xəbərlər: