Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi

Tarix:4-11-2014, 17:23

 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin DAYAQ Mentorluq Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə partnyorluq çərçivəsində Abşeron rayonunda YAP qadınlar şurasının üzvlərinin və Abşeron rayonunda olan fəal qadınların iştirakı ilə Heydər Əliyev Mərkəzində Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
Tədbirin məqsədi bu il dekbarın 23-də Abşeron rayonunda keçiriləcək bələdiyyə seçkilərində Abşeronlu qadınların elektoral fəallığının artırılması, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən biri – qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin edilməsidir.
Tədbiri giriş sözü ilə açan YAP Qadınlar şurasının sədri Təyyubə xanım Hüseyinova qonaqları salamlayaraq qeyd etdi ki, 2009-cu ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 243 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,5% olub. Əvvəlki 2004-cü il bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib. Seçilən qadın bələdiyyə üzvlərindən 302 nəfəri bələdiyyə sədri seçilib. Baxmayaraq ki, bu nəticələrin əldə olunması kəmiyyət nöqtəsi nəzərdən vacib nailiyyətdir, seçilmiş qadın nümayəndələrinin əksəriyyəti hələ də təcrübəsizdir, onların bilik və bacarıqları kifayət qədər deyil. Bu mənada Mentorluq Proqramı seçilmiş qadınların qərar vermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır. Mentorluq anlayışı qadınların geniş iştirakı üçün hərtərəfli yanaşmaları yaradıb. Bu üsula əsaslanaraq mentor və stajor bir araya gəlir və elə bir güclü əlaqə yaradır ki, bu əlaqə vasitə ilə mentor stajora bilik, ictimai və psixoloji dəstək göstərir, karyerada təkmilləşmək və nailiyyətlər əldə etmək üçün köməklik edir. Mentorluq Proqramı 4 mərhələyə əsaslanıb: üz-üzə mentorluq əlaqələrin yaradılması, təlimlərin keçirilməsi, gender yönlü layihələrin dəstəklənməsi və mentor-stajor şəbəkəsinin yaradılması.
Daha sonsra çıxış edən Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatınının Azərbaycandakı kordinatoru Fidan xanım Qasımova vurğuladı ki, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə gender yönlü idarəetməni təmin etməkdir. Abşeron Xəbərə müsahibə verən Fidan xanım Qasımova bildirdi ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə təmsil olunması məsələsinə ciddi diqqət yetirilir və artıq qadın siyasəti dövlət siyasətinə çevrilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların qarşısında yeni məqsəd və vəzifələr dururdu. Qadınların problemlərinin həlli zərurəti, onların kişilərlə hüquq bərabərliyinin təmini məqsədilə gender siyasətinin tələblərinin rəhbər tutulması, qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması üçün ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.
Qeyd edək ki, Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatı/GIZ hökümətlərarası razılaşmaya əsasən 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova Abşeron Xəbərə müsahibə verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən Qadın İştirakçılığı Proqramı və onun tərkibində icra olunan “Yerli İdarəetmədə Qadın Liderliyi-II” layihəsi qadınlar üçün mühüm olan məsələlər üzrə maarifləndirmə aparmaqla, qərar qəbuletmə prosesində qadınların nüfuzunu artırmaqla, qadın məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarının və dövlət orqanlarının bacarıqlarını genişləndirməklə Azərbaycanda qadınların statusunu yaxşıladırmağa yönəlmişdir
Layihə çərçivəsində bu gün bizi narahat edən, qadın iştirakçılığının, xüsusi ilə yerli özünüidarəetmədə qadınların aktiv fəaliyyətinin qarşısını alan faktorları araşdırmağa çalışdıq.
Məlumdur ki, Azərbaycanda qadınlar əhalinin 51,2 %-ni təşkil edir. Ölkəmizdə daimi aparılan inkişaf islahatları nəticəsində qadınlar dövlət strukturlarında, parlament, məhkəmə və hüquq sistemində, biznes sahəsində, yerli idarəetmədə və müxtəlif digər təşkilatlarda təmsil olunurlar. Bu bizim əldə etdiyimiz uğurdu və bizi ruhlandırır.
Bələdiyyələr müstəqil Azərbaycan üçün yeni bir təsisat olmasını qəbul edərək burada qadın potensialının yeni formalaşdığını və onun özünüidarəetmədə, yerli demokratiyanın inkişafında səriştə və peşəkarlığının zəif olmasını, eyni zamanda bu sahədə bilik və təcrübənin az olmasını da unutmaq lazım deyil.

Məhz elə buna görə də, bu məsələlərin aradan qaldırılması, bələdiyyələrdə təmsil olunan qadınların təşəbbüskarlığının və yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi, qadınların qarşıdan gələn bələdiyyə seçkilərində daha fəal və məqsədli olması üçün biz hamımız bir araya toplaşdıq öz faydalı töhfəmizi verməliyik.

Bələdiyyə İnstitutunun inkişafında, demokratık və səmərəli yerli idarəçiliyin qurulmasında, iqtisadi və siyasi hüquqların və azadlıqların həyata keçirilməsində, problemlərin həll olunması və ya minimuma endirilməsi və bu proseslərdə əhalinin iştirakının genişlənməsi sahəsində çalışan və ya özünü görmək istəyən qadınlarımıza uğurlar arzulayıram!

Baş redaktor: Şamo Əliyev

 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi
 Bələdiyyə seckilərində qadınların rolunun gücləndirilməsi mövzusunda konfrans kecirildi


Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi