Abşeron rayonunda Beynəlxalq Tolerantlıq günü münasibəti ilə “Mən fəxr edirəm ki,Azərbaycanlıyam” mövzusunda tədbir kecirildi. Xırdalan şəhər 24 saylı Göyərçin körpələr evi uşaq bağçasının kollektivinin təşkil etdiyi tədbir Heydər Əliyev Mərkəzində baş tutub.Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb,xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca mərkəzlə tanışlıq oldu. Balaca fidanlara Heydər Əliyev Mərkəzi barədə məlumat verildi.
Beynəlxalq Tolerantlıq günü münasibəti ilə “Mən fəxr edirəm ki,Azərbaycanlıyam” mövzusunda keçrilən tədbiri giriş sözü ilə açan Xırdalan şəhər 24 saylı Göyərçin körpələr evi uşaq bağçasının müdiri Leyla Bayramova bildirdi ki, Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatəolunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Daha sonra söz körpə fidanlara verildi. Uşaqlar şeir söylədilər, mahnılar oxudular.
Sonda Heydər Əliyev Mərkəzinin qarşısında uşaqlar sülh və azadlıq rəmzi olan göyərcini səmaya buraxdılar.
Baş redaktor: Şamo Əliyev