Bu günlərdə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron yazıçılarının növbəti tədbiri keçirilmişdir
Bu dəfə Abşeronlu yazıçıların qonağı hüquqşünas,Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi qaydalarda fəaliyyət göstərən vəkil Novruz Əliyev idi.
AYB-nin Abşeron bölməsinin sədri şairə Şəhla Ağbulud tədbiri açaraq sözü N.Əliyevə verdi.
Novruz Əliyev ümumi vətəndaşların hüquqları pozularkən hansı hüuqlarının pozulmasını bilmək və hansı orqanlara hansı sənədlərlə müraciət etmək qaydaları haqqında danışdı.
Sonra bölmə üzvləri N.Əliyevə onları maraqlandıran və narahat edən suallarla müraciət etdilər.
Hüquqşunas N.Əliyev şair Sədayət Sədatın ermənistanın Azərbaycana vurduğu ziyanın necə ödənilə biləcəyi ,şair,professor Rəhim Rəhimlinin əmlakın ailə üzvləri arasında bölüşdürülmə qaydaları ,şair Qaçay Kəlbəcərli torpaq sahəsinin sənədləşdirilməsi ,gənc şairə Günay Ümidin sosial sığorta ,şair Xalqverdi Laçınlının vərəsəlik,Füzulişünas alim Hafiz Rüstəmin müəllif hüquqları barəsində verdiyi suallara dolğun cavab verdi.Eləcədə Əbülfət Hocazlı,İzzət Oğuz,Cəfər Mehman,Mütalib Tahiroğlu və başqaları onlarımaraqlandıran birsıra suallara cavab aldılar.
Abşeron Xəbər-ə müsahibə verən AYB-nin Abşeron bölməsinin sədri şairə Şəhla Ağbulud qeyd etdi ki,Abşeron yazıçıları Novruz Əliyevə öz minətdarlıqlarını bildirdilər və bu görüşdən çox şey öyrəndiklərini dedilər.
N.Əliyev də öz növbəsində belə görüşlərin əhali arasında keçirilməsinin əhəmiyyətli olduğunu ,hərkəsin öz hüquqlarını bilməsinin vacibliyini söylədi və bu görüşü təşkil etdiyi üçün Şəhla Ağbuluda təşəkkür etdi.