Azərbaycan prezidenti İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi E.M.Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.