Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 20-də saat 11:00-da Xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binasında (Sumqayıt şəh. 4 mkr. C.Cabbarlı küç. 4) Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar noyabrın 19-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon (şəhər) idarə, şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.