Bugün Abşeron Rayon Heydər Əliyev Mərkəzində “Çiçəklənən Abşeronum” adlı inşa yazı müsabiqəsinin son mərhələsi keçirildi.
İnşa yazı müsabiqəsin Absheronxeber.az saytı və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşlığı ilə təşkil edilmişdi.Müsabiqə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmişdir.Müsabiqədə rayonun 17 məktəbindən 25 şagird qoşulmuşdur.Yazılan inşalar münsiflər heyəti tərəfindən yoxlanılmışdır.Münsiflər heyətinin üzüvləri Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Abşeron Rayon Yazıçılar Birliyinin sədri Şəhla Ağbulud, Absheronxeber.az saytının baş redaktoru Şamo Əliyev, Rayonun təcrübəli ədəbiyyat müəllimi Səlimnaz İsrafilova, Abşeron Rayon Təhsil şöbəsinin metodisti, eyni zamanda Absheronxeber.az saytının redaktoru Çinarə Sadıxova və Abşeron RİH-nin məsləhətçisi Elvin Zalov idi.
Müsabiqəyə verilən yazıların hər birində şagirdlərin Abşerona vurğunluğu, yaşadıqları torpağa sevgiləri açıq göründü.Amma yazıların arasından 3- ü müəyyən olunmuş yerləri tutdular. I yeri Abşeron rayon Xırdalan şəhər 2№-li tam orta məktəbin 9-cu sinif şagirdi Verdiyeva Fatimə, II yeri Xırdalan şəhər 7№-li tam orta məktəbin 11 –ci sinif şagirdi Nərminə İsmayılova , III yeri Xırdalan şəhər 1№-li tam orta məktəbin 9-cu sinif şagirdi Sədaqət Quluzadə tutdular. Yer tutan şagirdlərin hər biri qiymətli hədiyyələr və Fəxri fərmanla mükafatlandırıldı.
Redaktor: Çinarə Sadıxova