Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün bir qrup sakini fərdi şəkildə qəbul edib. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Vətəndaşlar tərəfindən əsasən sosial problemlər, torpaq və tikinti məsələləri ilə bağlı və digər suallar müraciətlər edilib. Sakinlərin səsləndirdiyi məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Müəyyən vaxt və vəsait, eləcə də araşdırma tələb edən problemlərin həlli isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirən sakinlər göstərilən qayğıya görə minnətdarlıq ediblər.