Gürcüstanın paytaxtı Tbilisi də keçiriliən Beynəlxalq turnirdə Uşu-sanda idman növü üzrə İraq,Rusiya,Ermənistan,Türkiyə və Azərbaycan komandalarının iştirakı ilə 300-ə yaxın idmançının iştirak etdiyi çempionat artıq başa çatıb. Turnirdə Azərbaycanın idman şərəfini Abşerondan olan 4-idmançı, 13-yaşlı Şirəliyev Əbubəkir (40 kq) ,14-yaşlı Qəhramanov Məmməd (44 kq), kişilər arasında Eminov Elvin (48 kq) və Hüseyinov Anar (60 kq) qoruyub.
Abşeron Xəbər-ə müsahibə verən qaliblərin məşqçisi,Uşu-sanda döyüş növü üzrə 4 qat Avrasiya,2 qat Avropa çempionu,İslam həmrəylik oyunlarının qalibi Eminov Elçin bildirdi ki, Turnirdə ölkəmizi təmsil edən Elvin Eminov (48 kq) kişilər arasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və Turnirin çempionu tituluna yiyələnib.Digər 3 təmsilçimizdən 13 yaşlı Şirəliyev Əbubəkir (40kq) və Hüseyinov Anar (60 kq) turnirin bürünc medalana layiq görülüblər.
Ən əsas prinsipal və yada qalan döyüş isə 14 yaşlı Məmməd Qəhramanovun döyüşü olub.İlk döyüşündə erməni ilə üz-üzə gələn Məmməd Qəhramanov ,erməni döyüşçüsünü elə ilk hissədən məğlub edib.Məmməd Qəhramanov final mərhələsinə qədər bütün döyüşlərində qalib gəlməsinə baxmayaraq, final mərhələsində Gürcüstanlı rəqibinə 4-3 hesabı ilə məğlub olaraq turnirin gümüş medalına sahib olub
Baş redaktor: Şamo Əliyev