Qafqaz Universitetinin təşəbbüsü ilə Abşeron rayon təhsil şöbəsilə mütəmadi layihələr həyata keçirilir. Bu layihələrdən biridə Qafqaz Universitetində Abşeron , Binəqədi və Cəbrayıl rayon məktəblərinin müəllimlərinə " Ağıllı lövhələrdən səmərəli istifadə metodları ” adlı təlim kursunun təşkili olunmasıdır.
Abşeron rayon Heydər Əliyev mərkəzində bir ay davam edən təlim kursunu bitirən müəllimlərə sertifikatların təqdim edilməsi tədbiri keçirilib. Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin heykəli önünə gül qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin direktoru Tükəzban Həsənova qonaqlara mərkəz haqda məlumat verib. Akt zalında davam edən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç prezitentimiz cənab İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına olan diqqətindən danışıb. Rektor qeyd edibki universitet olaraq faydalı olmaq üçün məktəb - universitet münasibətləri daha da inkişaf etdirilməlidir.Belə bir tədbirin keçirilməsinə şərait yaradıldığı üçün Abşeron rayon icra başçısı cənab Zakir Fərəcova minnətdarlıq edib.O həmçinin qeyd etdi ki,Qafqaz Universiteti Abşeronda olduğu üçün qürur duyur
Abşeron Təhsil Şöbəsinin müdiri Nadir Ağayev bildirib ki, Abşeron təhsili ölkə başcısı İlham Əliyev cənablarının təhsilə olan qayğısı sayəsində inkişaf edir . Beynəlxalq səviyyəli təhsil verən Qafqaz Universitetinin Abşeronda yerləşməsi də bizi sevindirir. Bu universitetdə təhsil alan xarici tələbələr üçündə Abşeron doğma vətənə çevirilir. Onlar məzun olub ölkələrinə qayıdanda bizim rayonu təbliğatçısına çeviriləcəklər.
" Təhsildə yeni texnologiyalar üzrə təlimçi ” , Qafqaz Universitetinin müəllimi Dursun Çalışkan təlimdə iştirak edən müəllimlərin səviyyələrinin yüksək olmasını və onların tələbkar olmalarını diqqətə çatdırıb. O qeyd edibki təlimdə iştirak edən 32 nəfər müəllimdən 2 nəfəri Təlimçi, 20 nəfəri 1-ci dərəcəli , 10 nəfəri isə 2-ci dərəcəli, sertifikata layiq görülüb.
Sonda vurğulanmışdır ki tədbirin " Təhsil millətin gələcəyidir ” deyən Ulu Öndərin adını daşıyan möhtəşəm bir məkanda keçirilməsi təlimin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiyalara yiyələnmə istiqamətində nümünə olacaq.
Baş redaktor: Şamo Əliyev