Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sentyabrın 20-də rayonun Məmmədli kəndində keçirilən səyyar görüşü zamanı sakinlər kəndin bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilələr yarandığı barədə müraciət etmişdilər.
Rayon rəhbəri İradə Gülməmmədovanın adiyyatı qurumlar qarşısında qaldırdığı məsələnin, “Azərişıq” ASC-nin rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq artıq Məmmədli kəndinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq “Məhəmmədi” yarımstansiyasından kəndə yeni əlaqələndirici xətlər çəkilir. Bu məqsədlə ərazidə 90 ədəd dayaq basdırılaraq, 26 km uzunluğunda iki dövrəli xətt çəkilməsi işlərinə başlanılıb. Nəticədə Məmmədli kəndinin 3 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunucaqlar.
Şamo Əliyev