Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ötən ay rayonun Ceyranbatan qəsəbəsində keçirilən səyyar görüşü zamanı sakinlər qəsəbənin bəzi küçələrinə asfalt örtüyün vurulması barədə müraciət etmişdilər.
Hazırda Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən Ceyranbatan qəsəbəsində Nəriman Nərimanov , Seymur Quliyev küçələri və digər yollarda rayonun daxili imkanları hesabına asfalt örtüyün vurulması işləri aparılır.
Absheronxeber.az aparılan işlərlə bağlı hazırlanmış fotoreportajı təqdim edir: