Abşeron rayonu, Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2800 metr uzunluğunda yeraltı 530 millimetr diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüşdü. Tez-tez qaz sızmaları baş verir və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Artıq bu kəmər diametri 400 millimetr olan polietilen borularla əvəz olunub və bu gündən işə salınıb. Bununla da, Xırdalan şəhərində 35 min abonent və sənaye obyektləri normal təzyiqdə qazla təmin olunacaq.