Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sentyabrın 28-də rayonun Novxanı kəndində keçirilən səyyar görüşü zamanı sakinlər qəsəbənin Sabit Orucov küçəsinə asfalt çəkilməsi barədə müraciət etmişdilər.
Səyyar qəbul-görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qaldırılan məsələ və onun həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi bir daha onu sübut etdi ki, Abşeronda vətəndaş amili hər zaman ön planda olub və bundan sonra da olacaqdır.
Sakinlərlə keçirilən görüş zamanı verilən tapşırıq öz müsbət nəticəsini verib. Belə ki, uzunluğu 800 m, hərəkət hissəsinin eni 8 m təşkil edən Sabit Orucov küçəsinə rayonun daxili imkanları hesabına asfalt-beton örtüyü döşənir.
Absheronxeber.az aparılan işlərlə bağlı hazırlanmış fotoreportajı təqdim edir: