Noyabrın 9-da “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Xırdalan şəhərində təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq. Yarmarka səhər saat 10.00-da Xırdalan şəhəri, H.Əliyev prospektində (at heykəlinin yanı, köhnə klubun qarşısı) istehlakçıların ixtiyarına veriləcək.
Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunan bir neçə adda, ekoloji təmiz məhsul satışa çıxarılacaq. Məhsulların qiymətləri bazarlardakından 20 faiz ucuz olacaq.