Noyabrın 9-da Abşeron rayon İcra Hakimiyyətinin və Kənd Təsrrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizatı” ASC-nin birgə təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.
Yarmarka səhər saat 10.00-da Xırdalan şəhəri, Heydər Əliyev prospektində (at heykəlinin yanı, köhnə klubun qarşısı) istehlakçıların ixtiyarına verilib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün şəhər ərazisində fəaliyyət göstərən yarmarkada olub, burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.
Rayon sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildiriblər. Gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub.
Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunan bir neçə adda, ekoloji təmiz məhsul satışa çıxarılıb. Məhsulların qiymətləri bazarlardakından 20 faiz ucuzdur.