Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Tarix:2-12-2019, 19:40

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Bu gün xalq şairi, görkəmli ictimai xadim, publisist, dramaturq Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edilib. Xırdalan şəhərindəki Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, N.Xəzrinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edilib ki, 10 dekabr 1924-cü ildə Xırdalan şəhərində tacir ailəsidə dünyaya gələn, 3 qardaşını və atasını erkən yaşlarında itirən, gəncliyi Böyük Vətən Müharibəsinə təsadüf edən, müharibənin ağrılı-acılı günlərini yaşayan, arxa cəbhədə döyüşən gənc Nəbi Babayevin cəmiyyətdə özünə böyük yer tutmasına səbəb onun əzimkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi, çalışqanlığı və gələcəyə olan ümidi olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv olub. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub. Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də vəfat etmiş və yanvarın 16-da 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Sonra rayon icra hakimiyyətinin başçısı İ.Gülməmmədova çıxış edərək bilirib ki, Abşeron torpağı Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii həyatına bir çox görkəmli ictimai xadimlər, şəxsiyyətlər bəxş edib. Onlardan biri də heç şübhəsiz ki, Nəbi Xəzridir. Azərbaycan insnına şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi tanınan Nəbi Xəzri həm də ictimai xadim kimi xalqın ürəyində özünə məhəbbət yarada bilib. Onun poeziyamızın inkişafındakı, Azərbaycan ədəbi-bədii dilinin çalarlarının genişlənməsindəki rolu, dövlətçiliyimizin və müstəqilliyimizin tərənnümündəki fəaliyyəti danılmaz faktlardandır.

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Nəbi Xəzri yaradıcılığınının olduqca zəngin oluğunu söyləyən başçı qeyd edib ki, ədib təkcə şeirləri ilə deyil, eyni zamanda poemaları, povestləri, dramları, tərcümələri ilə də məşhurluq qazanıb

Bildirilib ki, Nəbi Xəzri şeiriyyatındakı axıcılıq, dil, üslub, sevgi, həssaslıq, vətənə, torpağa bağlılıq bəstəkarların da diqqətini çəkib və şairin əsərlərinə bir çox mahnılar bəstələnib. Xalqımızın tanınmış sənət ustalarının repertuarlarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub. “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və s. bu qəbildən onlarla məşhur mahnılar, xalqımızın tanınmış sənət ustalarının ifalarında səslənib və bu gün də sevə-sevə oxunmaqdadır.

Nəbi Xəzri özünün bədii dili ilə vətən, azadlıq, bütöv Azərbaycan, keçmişimiz və gələcəyimizdən xəbər verib. Hətta sövet övründə ermənilərin Qarabağa olan iddialarından yazmış, bunun yolverilməz olduğu, torpaqdan pay verməyin mümkünsüzlüyü şeirə gətirib. Onun bu şeiri tənqid atəşinə tutulsa da, müəyyən təhqir və təzyiqlərə məruz qalsa da, Nəbi Xəzri özünün haqq yolundan, millət, vətən amalından dönməyib, hər zaman Azərbaycana, Azərbycançılıq idealogiyasına sadiq qalıb. Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirləində işğala və erməni vandalizminə məruz qalmış Vətən yanğısı, nisgili, Qarabağ sitəmi, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük inam var.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməyib. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.

Sonra şairin oğlu Arzu Babayev çıxış edərək atasına göstərilən ehtirama, diqqətə görə cənab Prezident İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, N.Xəzrinin adının əbədiləşdirilməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də böyük işlər görülüb. Rayondakı küçələrdən birinə onun adı verilib. Eləcə də Xırdalan Mədəniyyət evinə Nəbi Xəzrinin adının verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət edilib.

Sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə Nəbi Xəzrinin şeirləri səsləndirilib, onun şeirlərinə bəstələnmiş mahnılar oxunub və dram əsərlərindən hissələr canlandırılıb.

Tədbirdən sonra İ.Gülməmmədova Nəbi Xəzrinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır