Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hər həftə olduğu kimi, bu həftə də növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib.
Rayon İcra Hakimiyyətində baş tutan qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər və digər suallar barəsində olub.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan vəizahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.