Ölkə Prezidentinin diqqət və qayğısı ilə son günlər Abşeron rayonunda yol infrastruktunun yaxşılaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın aidiyyati qurumlar qarşısında qaldırdığı məsələnin nəticəsi olaraq hazırda Xırdalan şəhərində 1 prospekt, 4 mərkəzi küçənin (13 km uzunluğunda) yenidən qurulmasına başlanılmışdır.
Məlumat üçün bildirək ki, yaxın günlərdə Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsindən rayonun Pirəkəşkül kəndinə gedən 6.3 km uzunluğunda yolun əsaslı təmir olunaraq asfatlanmasına başlanılacaq.