Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Kupça”ların kütləvi verilməsinə başlanıldı

Tarix:7-12-2014, 03:41

“Kupça”ların kütləvi verilməsinə başlanıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Abşeron və Cəlilabad rayonlarında "kütləvi çıxarış” kampaniyası keçirməyə başlayıb.Bu barədə ƏMDK-dan məlumat verilib.

Xatırladaq ki, komitə noyabr ayından daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Kampaniya ölkə prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən keçirilir.

İlk dəfə bu kampaniyadan Saatlı və Şəmkir rayonlarının sakinləri faydalanıb. Bu gün isə Abşeron və Cəlilabad rayonlarında vətəndaşların mülkiyyət hüquqlarına dair sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Ümumilikdə 400-ə yaxın sakinə "kupça” verilib.

Xatırladaq ki, kampaniya çərçivəsində "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.

Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaət etməkdir. Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.

ƏMDK vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Belə ki, bu ay kampaniya növbəti dəfə Qəbələ rayonunda keçiriləcək.
Bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır, nəticədə daşınmaz əmlak bazarının inkişafı sürətlənir. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.

Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.
Xatırladaq ki, ƏMDK daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra mühüm nailiyyətlərə imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron və onlayn xidmətlər istifadəyə verilib. Müasir ərazi qeydiyyat idarələri, tam əlverişli və yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Elektronlaşdırma və sadələşdirmə tədbirləri qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.

Bütün bu tədbirlərin nəticəsidir ki, son illərdə daşınmaz əmlakla əməliyyatların kəskin artımı müşahidə olunur. Bunun əsas səbəbi ölkədəki iqtisadi aktivliklə yanaşı, daşınmaz əmlakların biznes proseslərinə getdikcə daha aktiv cəlb olunmasıdır. Eyni zamanda, komitə ictimaiyyət arasında geniş maarifləndirmə tədbirləri də həyata keçirir. Bu da, ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə, sosial-iqtisadi faydalarını dərk etməsinə səbəb olub. Nəticədə isə, daşınmaz əmlakın qeydiyyat sayı ilbəil yüksəlir və hər ilin sonunda yeni rekord saylar qeydə alınır. Bu ilin sonunda isə daşınmaz əmlakın qeydiyyatı tarixində növbəti rekord proqnozlaşdırılır.


 

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident