Abşeron rayonunda ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçrilib.Əvvəlcə rayon icra hakimiyyəti,ictimaiyyət nümayəndələri,idarə müəssisə təşkilat rəhbərləri Xırdalan şəhərindəki Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub,xatirəsini andılar.Tədbir iştirakçıları ümummilli liderin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla da tanış oldular.
Müstəqil Azərbaycan dövlətinin banisi
və qurucusu,bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının
xoşbəxtliyinə həsr edən ümummilli
lider Heydər Əliyevin vəfatının 11 ci ildönümü
Vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə
dərin kədər hissi ilə qeyd edilir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə
zəngin otuz ildən artıq bir dövrü ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Onun
Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi
quruluşlara təsadüf etsə də, ulu öndər Heydər Əliyev daim doğma Vətənə, xalqa sonsuz
məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların
müdafiəçisi və təminatçısı olub. Onun hər bir addımı Vətənə, xalqa fədakar
xidmətin bariz nümunəsi olub. Hələ sərt sovet rejimi dövründə o heç bir çətinliyə
və maneəyə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər
göstərmiş və titanik fəaliyyəti sayəsində müasir, müstəqil, çiçəklənən
dövlətimizin təməlini qurub.Azərbaycan xalqının
tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi
şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar
zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və
unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan
xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı
siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq
bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi
liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir
rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər,
fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi,
lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər
kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai
həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci
dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı,
ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz
və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən
siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
Bugün Abşerona Gürcüstandan qonaq gələn hərbiçilərdə Ulu Öndərin xatirəsini yad etdilər , onun abidəsi önünə gül dəstələri qoydular.Daha sonra dahi şəxsiyyətin , qəlblərdə əbədiyaşar bir insanın-Heydər Əliyevin adını daşıyan möhtəşəm mərkəzlə tanış oldular.
Redaktor:Çinarə Sadıxova