Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyi ilə Gürcüstan Veteranlarının Hüquqlarının Müdafiəsi Assosiyasıyası Abşeron rayonunda birgə Heydər Əliyevin Anım günü münasibəti ilə tədbir keçirdi. 200 nəfərin iştirakı ilə keçirilən tədbirdə ilk öncə qonaqlar və tədbir iştirakçıları Xırdalan şəhərində yerləşən Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, Ümummilli Liderimizin əziz xatirəsini yad etdilər.
Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində davam etdirildi.
Müassir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin və vətən yolunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra cəmiyyətin adından tədbiri giriş sözü ilə açan Məhərrəm Şahsuvarov ilk öncə qonaqları salamladı, onları Ulu Öndərimizin anım günündə onlarla birgə olduğuna görə minnətdarlığını bildirdi və gürcü qonaqları tədbir iştirakçılarına təqdim etdi.
Tədbirin məqsədi və mahiyyəti haqqında geniş məlumat verən M.Şahsuvarov bildirdi ki, Ulu Öndərin anım günü və 23 dekabr Bələdiyyə seçkilərinə hazırlıq ərəfəsində bələdiyyəyə namizəd veteranlara dəstək daşıyır. O həmçinin qeyd edərək bildirdi ki, respublikamızda əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş veteranlara, şəhid ailələrinə, Qarabağ əlillərinə və ümumi əlillərə göstərilən diqqət və qayğı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir.
Bu diqqət və qayğını daim rəhbər tutan rayon rəhbəri Cənab Zakir Fərəcov bu ümumi əlilliyi olan insanları daim diqqət mərkəzində saxlayaraq, onların sosial və maddi rifahının yaxşılaşdırılmasında daim yaxından iştirak edir.
Məhz bu diqqət və qayğını öz üzərimdə hiss etdiyimə görə Abşeron rayon 45 saylı seçki dairəsindən Xırdalan şəhəri üzrə bələdiyyəyə namizədliyimi irəli sürmüşəm.
Gürcüstan Veteranlarının Hüquqlarının Müdafiəsi Assosiyasıyasının sədri, ehtiyyatda olan polkovnik Daredjan Quqeşaşvili çıxış edərək bildirdi ki, ölkəmizdə olmağının əsas səbəbi kimi Xırdalan şəhərində bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş M.Şahsuvarova dəstək verməkdir. Geniş məruzə ilə çıxış edən Daredjan Quqeşaşvili Azərbaycan Ermənistan məsələsinə toxunaraq, Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıdıqlarını və ermənistanın işğalçı dövlət olduğunu qeyd etdi.
Daha sonra çıxış edən natiqlərAzərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini birləşdirən bu qəbilədən olan təşkilatların birgə fəaliyyətlərinin təqdirə layiq olduğunu bildirdilər. Həmçinin o da vurğulandı ki, ilkin olaraq iki dost ölkənin qoşulduğu bu birliyə yaxın günlərdə qardaş Türkiyənin, Ukraynanın və Pribaltika ölkələrinin cəlb olunması nəzərdə tutulub.
Tədbirin sonunda Azərbaycanlı veteranlar adından gürcü qonaqlara qiymətli hədiyyələr, Fəxri Fərman və Abşeron rayonunda aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirən kitablar təqdim edildi.
Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Şamo Əliyev