Azərbaycanda
həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin hər yerində
müşahidə olunan sosial-iqtisadi tərəqqi Abşeron rayonunu da əhatə edib.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov və onun rəhbərliyi altında bütün icra aparatı da dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Abşeron rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda Abşeron rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Son 10 ildə rayonun sosial-iqtisadi inkişafı dinamik xarakter alıb. Abşeron rayonun Xırdalan
şəhəri başda olmaqla rayonun bütün kənd
və qəsəbələrində geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri
aparılıb, infrastruktur layihələri həyata keçirilib, sosialyönümlü obyektlər
istifadəyə verilib, sahibkarlığın inkişafında uğurlar qazanılıb, əhalinin
rifahının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu inkişafa dövlətimizin
başçısının bölgələrə diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində nail olunub.
Statistik məlumatlar göstərir ki, bu ilin 9 ayı ərzində Abşeron rayonunda da mühüm layihələrin icrası davam etdirilib, qarşıya
qoyulan bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib. Ötən 9 ayda 2424
yeni iş yeri açılıb. Ötən ilin doqquz ayının nəticələri ilə müqayisədə sənaye
məhsulunun, nəqliyyat sektorunda yük daşınmasının, pərakəndə əmtəə
dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin və tikinti-quruculuq
işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Cari ilin əvvəlində Prezident İlham Əliyevin
müvafiq Sərəncamı ilə Masazır- Saray- Novxanı və Hökməli- Qobu- Lökbatan-
Güzdək- Puta avtomobil yolları tikilərək istismara verilib. Xırdalan şəhərində
Heydər Əliyev prospekti müasir görkəmdə yenidən qurulub, Həsən Əliyev küçəsi
isə genişləndirilərək abadlaşdırılıb. Bakı-Quba və Bakı-Şamaxı
avtomagistrallarının rayon ərazisindən keçən hissəsinin kənarlarında
abadlaşdırma işləri həyata keçirilərək qazon, ağac və gül kolları əkilib.
Əhalinin su, elektrik enerjisi və "mavi yanacaq”la daha keyfiyyətli təmin
edilməsi istiqamətində mühüm işlər görülüb. Rayon ərazisində müxtəlif gücə
malik 13 yeni transformator quraşdırılıb, yeddisi təmir edilib, 1337 paqonmetr
uzunluğunda yeni qaz kəməri çəkilib, 3498 ədəd "Smart- kart" tipli
sayğac quraşdırılıb
Yeni tədris ilində Abşeron rayonunda 2 yeni məktəb binası və 2 məktəb üçün yeni tədris korpusu istifadəyə verilib. Həmçinin hesabat dövründə yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, ”Park Abşeron” əyləncə mərkəzi, Xırdalan Şəhər Musiqi Məktəbi, Şahmat məktəbi, rayonunun Masazır qəsəbəsində 13 min tamaşaçı tutumlu beynəlxalq standartlara uyğun stadion istifadəyə verilib. Sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün 12 hektar ərazini əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında hər cür şərait yaradılıb.
Azərbaycan
Prezidenti İlham Əliyev son 10 ildə Abşerona 14 dəfə səfər edib, rayonun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə birneçə Sərəncam
imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın
3-də Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında Sərəncam imzalaması çiçəklənən Abşeronumuzun abadlaşmasına kömək məqsədi daşıyır
Sərəncamda Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə
yetirilməsi nəticəsində Abşeron rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklərin
baş verdiyi, sənaye məhsulunun həcminin 23,5 dəfə, əsas kapitala yönəldilmiş vəsaitin
24,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin 19,8 dəfə artdığı, bir sıra
mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, Musiqi, Şahmat Məktəbləri,
əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binasının inşa
edildiyi, Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, təhsil və digər sosial
yönümlü obyektlərin tikildiyi, sənaye və emal müəssisələrinin açıldığı, yeni
yolların çəkildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü
bildirilir.
Sərəncama əsasən, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Hazırda Abşeron Olimpiya İdman Kompleksinin və
Abşeron Mərkəzi xəstəxanası üçün yeni binanın tezliklə tikilib istifadəyə verilməsi işləri davam etdirilir.
Abşeron rayonunda da rayon rəhbəri cənab Zakir Fərəcov tərəfindən təhsil
ocaqlarının tikintisi, onların maddi-texniki bazasının müasir tələblərə uyğun
qurulması istiqamətində də xeyli iş görülüb. Dövlət proqramları və rayonun
daxili imkanları hesabına son 10 ildə 25
yeni məktəb binası,26 uşaq bağçasıçkörpələr evi, 10-dan çox məktəb üçün əlavə korpus binası tikilib , 10 məktəb
əsaslı təmir edilib. Yeni tikilən və əsaslı təmir edilən bütün məktəblər
inventar və avadanlıqla tam təmin olunub.
Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə
yenidənqurulan obyektlər rayonumuza xüsusi yaraşıq verir, sakinlər tərəfindən
sevinclə qarşılanır. Biomüxtəlifliyin artırılması və rayonun florasının zənginləşdirilməsi
məqsədilə Türkiyə, Bolqarstan, İspaniya, İtaliya, Sloveniyadan və digər dövlətlərdən
gətirilən gül və ağac kolları əkilib. Rayonun abadlaşdırılması, təbiətin
qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər
yerli sakinlər tərəfində təqdirə layiq hal kimi qiymətləndirilir. "Ətraf
mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən
bütün kənd və qəsbələri əhatə edib
Bütövlükdə bu müvsümündə Abşeron rayonda 55 minə
yaxın müxtəlif növ dekorativ ağac və kollar əkilib.
Həyata keçirilən genişmiqyaslı layihələr, abadlıq-quruculuq işləri onu deməyə əsas
verir ki, bu gün Abşeron özünün çiçəklənən, inkişaf edən dövrünü yaşayır.
Hazırda rayonda əsas diqqət "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin
icrasına yönəldilib. Əminliklə demək olar ki, üçüncü Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin icrası nəticəsində rayonda gedən sosial-iqtisadi inkişaf
daha da sürətlənəcək, Abşeron gözəlliyi ilə seçilən abad bir diyara çevriləcək.