Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir

Tarix:15-12-2014, 20:36

Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
 Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.Narkotik aslılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilməlidir.

Gənc nəslin bu bəladan qorunması, onlarda maarifləndirmə işlərinin sürətləndirilməsi məqsədi ilə bugün Abşeron rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi.Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komisiyası İşçi qrupunun üzvləri ilə birgə təşkil olunmuş tədbirdə əsasən  ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri, Ali məktəb tələbələri , gənclər iştirak edirdi.Tədbirə bu işlə mübarizədə səfərbər olan rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Həkimlər, kənd və qəsəbələr üzrə nümayəndəliklər dəvət olunmuşdur.

Tədbiri Rayon İcra Hakimiyyətinin birinci müavini xanım İradə Gülməmmədova açdı.O, narkomaniyanın nə qədər böyük bir bəla olduğundan, ailələrə gətirdiyi bəla və bədbəxtlikdən ürək ağrısı ilə danışdı.Tədbiri  Rayon İcra Hakimiyyətinin işçisi Hafiz Mikayılov rayon üzrə məlumatları verərək davam etdirdi.Hafiz müəllim çıxışında 2014-cü il statistikasına uyğun olaraq Abşeronda  Narkomaniya ilə əlaqədər qeydə alınan faktların 102 olduğunu , bunun 9 faktı satış, 1 faktı əkini digərləri isə istifadəçiləri oldüğünü qeyd etdi.O, həm də bildirdi ki, istifadəçilərin 42 nəfəri gənc, 4 nəfəri qadındır.

Daha sonra  Azərbaycan Respublikası Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komisiyası İşçi qrupunun böyük referenti Rafiq Allahverdiyev çıxış etdi.Bildirdi ki, hal-hazırda respublika üzrə narkotik vasitələrdən istifadə edənlərin sayı 28 376 nəfərdir.Bu xəstəlikdən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından çox olduğunu bildirdi.

Tədbirdə Rayon Təhsil şöbəsinin müdiri Nadir Ağayev, Rayon Prakurorunun müavini Nail Əliyev, Gənclər və İdman idarəsinin müdiri Əsgər Əmirəliyev çıxış etdilər.Çıxış edənlər gənclərə bu xəstəliyin bütün bəşəriyyətin bəlası olduğunu, bu səbəbdən onunla  mübarizə çox vacib olduğunu izzah etdilər.Gənclərə cəmiyyəti bu bəladan qorumaq üçün ətraflarındakıları maarifləndirməyə səslədilər.

Sonra gənclərə maarifləndirici bukletlər paylandı.

Redaktor:Çinarə Sadıxova

 
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir
Narkomaniya ilə mübarizə sağlam həyat deməkdir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir