7 May 2014-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu Yaradıldı.Dövlət başçısı iyulun 19-da ölkə prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Şuranın tərkibinə millətlərarası münasibətlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İslam Universitetinin rektoru Sabir Həsənli, rejissor Azərpaşa Nemətov, deputatlar Sahibə Qafarova və Mübariz Qurbanlı daxil edilib.
Xatırladaq ki, Bilik Fondu elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.
Bugün Abşeron Rayon Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Abşeron rayonu arasında əməkdaşlıq quruldu.Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov , Fondun mətbuat katibi Ceyhun Musaoğlu, informasiya -təminat sektorunun məsləhətçisi Sərxanbəy Xudiyev əməkdaşlıq üçün Abşeron rayonunda bir qrup ziyalı və gənclərlə görüşdü.Görüşü Fondun rayon üzrə nümayəndəsi Təyyibə Hüseynova qonaqları salamlayaraq açdı.Daha sonra Fondun fəaliyyətini təqdim edən videorolik nümayiş etdirildi.
Çıxış edən Oqtay Səmədov qeyd etdi ki, Azərbaycan Sovetlər Birliyindən ayrılan ölkələr arasında Bilik Fondu yaradılmış 5-ci ölkədir.Bildirdi ki, Fondun işi 3 sektor üzrə müəyyənləşib: 1. Ölkədaxili maarifləndirmə, 2. Beynəlxalq layihələr, 3.İnformasiya təminatı sektoru. Fondun ilk layihəsi "Qardaşlaşmış məktəblər"dir.Çıxışının sonunda Oktay müəllim Rayon İcra Hakimiyyətinə, İcra Hakimiyyəti Başçısının sosial-siyasi və humanitar məsələlər üzrə müavini Fuad Cəbrayılova öz minnətdarlığını bildirdi.Bundan sonra Abşeron rayonu ilə sıx əlaqədə olacaqlarını , layihələrdə əməkdaşlıq edəcəklərini qeyd etdi.
Redaktor:Çinarə Sadıxova